İtaliya Hörmüz boğazında BMT çərçivəsində missiyaya töhfə verməyə hazırdır

Tarix: 03 Apr 2026 15:04

İtaliya atəşkəs əldə olunduqdan sonra BMT çərçivəsində Hörmüz boğazında missiyaya öz töhfəsini verməyə hazırdır.

“Corriere della Sera” nəşri xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni britaniyalı həmkarı Keir Starmer ilə telefon danışığı zamanı bildirib.

Meloni qeyd edib ki, İtaliya Hörmüz boğazında BMT çərçivəsində missiyaya öz töhfəsini verməyə hazırdır və hazırda Qırmızı dənizdə həyata keçirilən “Aspides” Avropa missiyasında mövcud olan qüvvələrə dəstək olaraq özünün hərbi-dəniz qüvvələrini də göndərə bilər.

Bildirilir ki, İtaliya hökumətinin başçısı ilə Böyük Britaniyanın Baş naziri arasında baş tutan telefon danışığı 40 ölkənin iştirakı ilə strateji Hörmüz boğazının yenidən açılması yollarını müzakirə etmək üçün keçirilən sammitdən sonra aparılan danışıqlar mərhələsinin davamı olub.

İlqar Xudiyev Meloni Starmer İtaliya Böyük Britaniya Hörmüz boğazında missiya

Xəbər Lenti