Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 04 Mar 2024 14:09
Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilib.
APA "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan Respublikasının Baş nazirinin qərarına əsasən, o postundan azad edilib. "Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana vəzifəsindən azad edilməsi barədə ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə baxış fərqləri ilə əsaslandırıb.