Şənbə, 4 Aprel, 2026
Tarix: 03 Apr 2026 23:11
ABŞ və İran arasında atəşkəs üçün Pakistan da daxil olmaqla region ölkələrinin vasitəçilik səyləri çıxılmaz vəziyyətə düşüb.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, İran rəsmi olaraq vasitəçilərə yaxın günlərdə İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini və ABŞ-ın tələblərini qəbuledilməz hesab etdiyini bildirib.
Türkiyə və Misirin bu çıxılmaz vəziyyətdən çıxış yolu axtardığı və danışıqlara ev sahibliyi etmək üçün Qətər və ya İstanbul kimi alternativ yerlər təklif etdiyi bildirilir.
ABŞ İran atəşkəs