ÜST: Yaxın Şərqin beş ölkəsinə dəyən zərərlə bağlı 30,3 milyon dollara ehtiyac var

Tarix: 04 Apr 2026 01:24

Yaxın Şərqdəki münaqişədən zərər çəkən beş ölkənin səhiyyə sistemlərini qorumaq üçün 30,3 milyon dollar təcili yardıma ehtiyacı var.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

"ÜST Yaxın Şərqdəki münaqişədən zərər çəkən beş ölkədə - Livan, İran İslam Respublikası, İraq, Suriya Ərəb Respublikası və İordaniyada səhiyyə sistemlərini dəstəkləmək üçün təcili yardıma çağırır", - Qebreyesus bildirib.

ÜST Yaxın Şərq

Xəbər Lenti