Məhəmməd bin Salman Meloni ilə regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

Tarix: 04 Apr 2026 08:16

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ölkədə rəsmi səfərdə olan İtaliyanın Baş naziri Giorgia Meloni ilə regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib.

APA xəbər verir ki, SPA xəbər agentliyinin məlumatına görə, iki lider Ciddə şəhərində görüşüb.

Görüşdə regional vəziyyətdəki son inkişaflar, regiondakı hərbi gərginliyin nəticələri və beynəlxalq naviqasiya azadlığı, həmçinin, enerji təchizatı təhlükəsizliyi üçün risklər müzakirə edilib.

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin qlobal iqtisadiyyata təsiri ilə yanaşı, iki liderin Körfəz bölgəsinin təhlükəsizliyini və sabitliyini gücləndirmək üçün birgə səyləri müzakirə etdiyi bildirilir.

Meloni Səudiyyə Ərəbistanından sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfər edəcək.

Qeyd edək ki, Meloninin səfəri, ABŞ-İsrail-İran münaqişəsi zamanı bir Avropa Birliyi (AB) ölkəsi liderinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

vəliəhd Səudiyyə Ərəbistanı İtaliya Meloni

Xəbər Lenti