Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 08:55
İrandan atılan raketin qəlpələrinin dəyməsi nəticəsində ABŞ-ın “Oracle” şirkətinin Dubaydakı binasına ziyan dəyib.
APA xəbər verir ki, bu barədə Dubay Əmirliyi (BƏƏ) hökuməti məlumat yayıb.
"Mərminin partlaması nəticəsində yaranan qəlpələri Dubay İnternet Şəhəri ərazisindəki “Oracle”ın binasına düşüb və onun fasadına kiçik ziyan vurub. Tələfat barədə məlumat verilməyib", - məlumatda deyilir.
Dubay BƏƏ Oracle İran