İranda Mahşəhr neft-kimya kompleksinə hava zərbələrindən sonra güclü partlayış baş verib

Tarix: 04 Apr 2026 12:43

İranın cənub-qərbində Mahşəhr şəhərindəki neft-kimya kompleksinə hava zərbələrindən sonra güclü partlayış baş verib.

Bu barədə Fars News məlumat yayıb.

Məlumata görə, Xuzistan vilayəti təhlükəsizlik üzrə rəhbərliyi Mahşəhr xüsusi neft-kimya zonasında baş verən partlayışı təsdiqləyib.

Bildirilib ki, zərbələr nəticəsində xüsusi iqtisadi zonada yerləşən bir neçə müəssisə hədəfə alınıb və ərazidə yanğın müşahidə olunur.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən itkilər və zərərin miqyası barədə hələlik məlumat açıqlanmayıb.

İlqar Xudiyev Xuzistan ABŞ-İsrail hava zərbələri İran

Xəbər Lenti