Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 12:07
Ermənistanın Baş naziri Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında katolikosun dəyişdirilməsi ilə bağlı plan yer alıb.
APA xəbər verir ki, Baş nazirin “Facebook” səhifəsində dərc olunan sənəddə erməni kilsəsində mərhələli islahat - hazırki katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu və daha sonra kilsənin yeni rəhbərinin seçilməsi təklif olunur.
Eyni zamanda, hakim partiyanın proqramında Avropa İttifaqına üzvlük üçün müraciət ehtimalı da qeyd olunur. Bununla yanaşı, sənəddə ölkənin balanslaşdırılmış xarici siyasət kursu yürütmək niyyəti vurğulanır.
İlqar Xudiyev Paşinyan “Vətəndaş Müqaviləsi” partiyası seçki proqramı parlament seçkiləri Ermənistan