Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 11:47
Ukrayna ordusu aprelin 4-nə keçən gecə Rusiyanın Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb.
Bu barədə RBK-Ukrayna məlumat yayıb.
Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyi bildirilir.
Məlumata görə, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb.
Hücumu təsdiqləyən Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev zərbə nəticəsində bir nəfərin yaralandığını, həmçinin PUA-nın çoxmənzilli yaşayış binasına da zərbə endirdiyini bildirib.
İlqar Xudiyev Ukayna Rusiya dron hücumu kimya zavodlarına zərbə