Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 13:03
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili, imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə forum iştirakçıları ilk olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan infoturda mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətini qiymətləndirmək, bu sahədə inkişaf istiqamətləri, yeni yanaşmalar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələlərini müzakirə etməkdir.
İlkin Rzayev Lənkəran təhsil forumu

















