İran rəsmisi: ABŞ və İsraillə müharibəyə baxmayaraq, Xarq adasından neft ixracı artıb

Tarix: 04 Apr 2026 14:27

ABŞ və İsraillə davam edən müharibəyə baxmayaraq, İranın əsas neft ixrac terminalı olan Xarq adasından neft ixracı artıb.

Bu barədə İran parlamentinin enerji komissiyasının rəhbəri Moussa Ahmadi ISNA xəbər agentliyinə bildirib.

“Xarq adasına son günlər edilən səfərlər və aparılan görüşlərdən sonra qeyd etməliyəm ki, neft ixracı azalmayıb, əksinə artıb”, - o vurğulayıb.

Qeyd edək ki, Xarq adası İranın qərb sahillərində yerləşir və ölkə üçün həyati əhəmiyyətə malik neft ixrac terminalıdır.

İlqar Xudiyev İran neft ixracı Xarq adası

Xəbər Lenti