Ərdoğan Rutteyə İrandakı müharibənin geostrateji dalana sürükləndiyini bildirib

Tarix: 04 Apr 2026 17:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, danışıq zamanı Ərdoğan İranla bağlı prosesin geostrateji çıxılmaz vəziyyətə sürükləndiyini bildirib və beynəlxalq ictimaiyyətin müharibəni sona çatdırmaq üçün səylərini artırmalı olduğunu qeyd edib.

Ərdoğan 7–8 iyul tarixlərində paytaxt Ankarada keçiriləcək NATO sammitinin gələcək çağırışlara qarşı daha dayanıqlı və effektiv edəcək qərarlar qəbul edəcəyinə ümid etdiyini bildirib.

Dəryanur Cəfərova Ərdoğan NATO Rutte Iran Türkiyə

Xəbər Lenti