Türkiyədə yol qəzasında dördü bir ailədən olmaqla beş piyada ölüb

Tarix: 05 Mar 2024 05:43

Türkiyədə ağır yol qəzası olub.

APA xəbər verir ki, hadisə Pendik Kurtköy-TEM şosesində qeyd alınıb.

Kurtköy Sultanbəyli istiqamətində hərəkətdə olan avtomobil magistral yolda baryerlərdən keçmək istəyən piyadaları vurub.

Hadisə zamanı 4-ü eyni ailədən olmaqla 5 nəfər ölüb.

Qəzadan sonra yol bir istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb və hadisə yerində araşdırmalar davam etdirilir.

Xəbər Lenti