, 5 Aprel, 2026
Tarix: 04 Apr 2026 22:21
İsrail Hərbi Hava Qüvvələri İran və Livanda genişmiqyaslı hava əməliyyatı həyata keçirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, eyni vaxtda həyata keçirilən zərbələr zamanı hər iki ölkədə ümumilikdə 200-dən çox hədəf vurulub. İranda SEPAH-a məxsus hərbi obyektlər, silah anbarları, raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.
Livanda isə əsasən “Hizbullah”a aid obyektlər, o cümlədən raket buraxılış qurğuları, silah anbarları və “Raduan” xüsusi qüvvələrinin komanda mərkəzləri vurulub. Ümumilikdə Livanda 140-dan çox hədəfə zərbə endirildiyi qeyd olunub.
İsrail İran Livan SEPAH Hizbullah zərbə