İsfahanda çoxsaylı partlayışlar baş verib

Tarix: 05 Apr 2026 04:47

İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində partlayışlar qeydə alınıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərin müxtəlif ərazilərində çoxsaylı partlayışlar baş verir. Bildirilir ki, ABŞ və İsrail qüvvələri tərəfindən İsfahandakı bir sıra obyektlərə hava zərbələri endirilir.

İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İran İsfahan partlayış zərbə

Xəbər Lenti