, 5 Aprel, 2026
Tarix: 05 Apr 2026 13:06
Peyk görüntüləri ilə məşğul olan Planet Labs şirkəti məlumat yayıb ki, ABŞ hökumətinin müraciətinə uyğun olaraq İran və Yaxın Şərqdəki münaqişə bölgəsinə aid görüntüləri qeyri-müəyyən müddətə qədər təqdim etməyəcək.
Reuters-in məlumatına görə, Kaliforniyada yerləşən Planet Labs bu qərarı müştərilərinə göndərdiyi e-poçt vasitəsilə elan edib və bildirib ki, ABŞ hökuməti bütün peyk görüntüləri təminatçılarından münaqişə zonasına aid şəkillərin qeyri-müəyyən müddətə yayılmamasını istəyib.
Qeyd edək ki, bu məhdudiyyət Planet Labs-in ötən ay tətbiq etdiyi Yaxın Şərqə aid görüntülərin 14 günlük gecikdirilməsi ilə bağlıdır. Şirkət həmin addımın məqsədinin bu görüntülərin ABŞ və onun müttəfiqlərinə qarşı hücumlarda istifadə olunmasının qarşısını almaq olduğunu qeyd edib.
Planet Labs ABŞ İran peyk görüntüləri Yaxın Şərq münaqişə məhdudiyyət təhlükəsizlik kəşfiyyat texnologiya