Azov dənizində buğda yüklü gəmi batıb, ölən var

Tarix: 05 Apr 2026 15:46

Azov dənizində buğda yük "Volqo-Balt" tipli gəmi batıb.

“İnterfaks”ın xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

Gəmini tərk edən ekipaj üzvləri Xerson bölgəsinin sahillərinə çata bilib.

Sahildə Rusiya vətəndaşı olan doqquz ekipaj üzvü tapılıb.

1991-ci il təvəllüdlü bir nəfər ölüb, daha iki ekipaj üzvünün yeri məlum deyil.

Xəbər Lenti