, 5 Aprel, 2026
Tarix: 05 Apr 2026 16:55
Dağıstanda dağıdıcı daşqınlar davam edir.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, respublikada çoxmənzilli binalar və fərdi evlərə böyük ziyan dəyib.
Bir binanın artıq uçduğu, daha dörd binanın isə uçma təhlükəsi ilə üzləşdiyi bildirilib.
Təxliyə olunanlar müvəqqəti yaşayış yerlərinə yerləşdirilib.
Dərbənddə suyun səviyyəsi yaşayış binasının birinci mərtəbəsi səviyyəsinə qalxıb.
Gerqebil rayonunda sel torpaq sürüşməsinə səbəb olub, qayalar Gergebil-Krasnı Most yolunu bağlayıb.
Mahaçqalada güclü yağışdan sonra baş verən daşqın nəticəsində yaşayış binası uçub, binanın təməli yuyulub.
Şəhər meriyasından bildirilib ki, daha dörd yaşayış binası uçma təhlükəsi ilə üzləşib.
Binalardan təxminən 300 nəfər təxliyə edilib.
Mahaçqalada fövqəladə vəziyyət elan edilib və ən çox zərər çəkmiş ərazilərdən olan insanlar təcili təxliyəyə hazırlaşır.
Regionda on minlərlə insan elektrik enerjisiz qalıb.
Fərid Əkbərov Dağıstan daşqın