, 5 Aprel, 2026
Tarix: 05 Apr 2026 16:50
İsrailin Tehrana hava hücumunda SEPAH-ın Neft Qərargahının Ticarət şöbəsinin rəhbəri öldürülüb.
APA xəbər verir ki, bununla bağlı IDF (İsrail Müdafiə Qüvvələri) məlumat yayıb.
Bildirilib ki, iki gün əvvəl İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatı əsasında Tehran ətrafına zərbə endirib. Nəticədə SEPAH-ın Neft Qərargahında yüksək vəzifəli komandir, Ticarət şöbəsinin rəhbəri olan Mohammed Reza Əşrəfi Kahini öldürülüb.
“SEPAH komandanlığına tabe olan Neft Qərargahı neft satışından əldə olunan gəlirlər vasitəsilə beynəlxalq sanksiyalardan yan keçərək SEPAH-ın fəaliyyətini və hərbi cəhətdən güclənməsini təmin edir. Əşrəfi bu qərargahın milyardlarla dollar dəyərində qiymətləndirilən kommersiya əməliyyatlarını idarə edir, həmçinin SEPAH-ın hərbi imkanlarının, eləcə də İran rejiminin Yaxın Şərqdəki proksi qüvvələrinin - xüsusilə Husilərin, Hizbullah və HAMAS-ın inkişafını irəli aparırdı”, - IDF-in məlumatında qeyd edilib.