BƏƏ MN: Müharibə başlayandan İrandan atılan 500-dən çox raket vurulub, 13 nəfər ölüb

Tarix: 05 Apr 2026 18:14

Müharibə başlayandan bəri BƏƏ səmasında 507 ballistik raket, 24 qanadlı raket və 2191 dron zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib.

Nazirlik bildirir ki, bu hücumlar nəticəsində indiyədək 2 hərbçi, hərbi qurumla müqavilə əsasında çalışan 1 Mərakeş vətəndaşı və əsasən əcnəbilərdən ibarət 10 mülki şəxs həyatını itirib.

Ümumilikdə isə 217 nəfər yaralanıb.

BƏƏ BƏƏ Müdafiə Nazirliyi dron İran raket

Xəbər Lenti