, 5 Aprel, 2026
Tarix: 05 Apr 2026 18:07
SEPAH İsrail və region ölkələrinə qarşı son əməliyyatlar barədə məlumat yayıb.
İran mediasının xəbərinə görə, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi İsrailə və region ölkələrində ABŞ hədəflərinə hücumların 96-cı dalğası haqqında bəyanat yayıb.
Bildirilib ki, İsrailin Hayfa bölgəsində qırıcı təyyarələri yanacaqla təmin edən neft emalı zavodu hədəf alınıb və nəticədə onun əsas hissələri dağıdılıb.
“Bundan başqa, BƏƏ-nin ər-Rüveys bölgəsində yerləşən, ABŞ ordusu və İsrail üçün yanacaq və hərbi məhsullar istehsal edən neft-kimya müəssisəsinə raket hücumu həyata keçirilib və böyük yanğın baş verib.
Ardınca Bəhreynin Sitra bölgəsində yerləşən ABŞ-a məxsus neft-kimya obyektinə genişmiqyaslı PUA hücumu edilib.
Küveytin Şuəybə bölgəsində yerləşən ABŞ-a məxsus neft-kimya obyektinə hücum edilib və ABŞ silahlı qüvvələri ilə əməkdaşlıq edən bu kompleksin fəaliyyəti tam dayanıb. Bildiririk ki, İranın qeyri-hərbi infrastrukturuna edilən hücumlara cavab olaraq bu gün baş verənlər yalnız ilkin mərhələdir”, - SEPAH-ın bəyanatında qeyd olunub.
Xəbərdarlıq edilib ki, İranda mülki obyektlərə hücumlar təkrarlansa, əməliyyatın ikinci mərhələsi daha güclü və daha geniş olacaq və itkilər ikiqat artacaq.