, 5 Aprel, 2026
Tarix: 05 Apr 2026 20:27
Dərbənd rayonunun Məmmədqala qəsəbəsinin sakinləri Gedjux su anbarının daşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbilə təxliyə olunur.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RBK-ya məlumat verilib.
Bildirib ki, ümumilikdə 4165 nəfərin, o cümlədən 823 uşağın təxliyəsi planlaşdırılır.
Təxliyə olunanların müvəqqəti yaşayış mərkəzlərinə və qohumlarının yanına yerləşdirildiyi bildirilib.
Fərid Əkbərov Rusiya Dərbənd Məmmədqala