Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 13:39
ABŞ-ın pilotları xilasetmə əməliyyatı adı altında zənginləşdirilmiş uranı çıxarması cəhd etməsi ehtimalı heç bir halda nəzərdən qaçmamalıdır.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün brifinqdə bildirib.
Bəqayi deyib ki, bu əməliyyatla bağlı çoxlu suallar və şübhələr var.
Onun sözlərinə görə, amerikalı pilotun olduğu deyilən ərazi Kohgiluyə və Boyer-Ahmadda yerləşir: “Amma buradan amerikalıların qüvvə endirmək istədiyi əraziyə qədər çox böyük məsafə var. Buna görə də guya pilotu xilasetmə əməliyyatının əslində zənginləşdirilmiş uranı oğurlamaq üçün aldatma əməliyyatı olması ehtimalı var və bu fərziyyə heç bir halda nəzərdən qaçırılmamalıdır”.
Haşim Rahimi
İran ABŞ Bəqayi