Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 15:57
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla işində çox diqqətli və korrekt olması lazımdır.
APA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün KTMT-nin Baş katibi Taalatbek Masadıkov ilə görüşdə bildirib.
Ermənistanın KTMT çərçivəsində işi dəstəkləməməsinə baxmayaraq, təşkilatda qalmasına diqqət çəkən Belarus lideri bu ölkə ilə diqqətli davranmağı tövsiyə edib.
“Çox korrekt olmalıyıq. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə seçki dövründə. Çox çətin vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı davranmalıyıq”, – Lukaşenko vurğulayıb.
İlqar Xudiyev Lukoşenko Belarus Ermənistan KTMT