"Crocus" terroruna görə ömürlük həbsə məhkum edilənlərdən biri təcridxanada özünü öldürüb - YENİLƏNİB

Tarix: 06 Apr 2026 17:20

"Crocus" terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yusufzoda Yakubcon intihar edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən RBK-ya məlumat verilib.

Bildirilib ki, 37 yaşlı Yusufzoda Yakubcon "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

***

16:20

Moskvadakı "Crocus" konsert kompleksində baş verən terror aktında təqsirləndirilən şəxslərdən biri "Matrosskaya Tişina" istintaq təcridxanasında intihara cəhd edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı Yusufzoda Yakubcon Dövlətxon xilas edilib və xəstəxanaya yerləşdirilib.

Mart ayında Dövlətxon "Crocus"da baş verən terror aktında təqsirləndirilən digər şəxslərlə birlikdə cəzasını xüsusi rejimli cəzəçəkmə müəsissəsində çəkməklə ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, "Crocus" terror aktı 22 mart 2024-cü ildə baş verib. Silahlı terrorçular konsert zalına basqın edərək atəş açaraq binanı yandırıblar. Hadisə nəticəsində təxminən 150 nəfər həlak olub, 600-dən çox insan müxtəlif dərəcələrdə yaralanıb.

Terror aktından bir neçə gün əvvəl Yusufzoda Yakubcon Dövlətxon cinayətkarların mənzil xərclərini ödəmək üçün pul köçürüb və cinayət törədildikdən sonra vəsaitin bir hissəsini onlardan birinə göndərib.

Fərid Əkbərov Moskva "Crocus" terroru istintaq təcridxanası Rusiya

Xəbər Lenti