Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 18:06
Ukrayna Rusiyanın Novorossiysk limanında "Admiral Makarov" freqatının məhv edildiyini açıqlayıb.
APA xəbər verir ki, Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanının sözlərinə görə, Ukrayna dronları Rusiya Qara dəniz donanmasının freqatı olan "Admiral Makarov"u gecə vaxtı vurub.
O, Ukrayna kəşfiyyatının hazırda "Kalibr" qanadlı raketlərini daşıya bilən gəmiyə dəyən ziyanın miqyasını müəyyənləşdirdiyini deyib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə regiona dron hücumunu təsdiqləyib.
O, bir neçə evə ziyan dəydiyini, səkkiz nəfərin yaralandığını və bir neçə müəssisənin ərazisində dron qalıqlarının tapıldığını bildirib.
Qubernator hərbi obyektlərə mümkün zərbə barədə ətraflı məlumat verməyib.
Ukrayna Novorossiysk limanı “Admiral Makarov” freqatı