Azov dənizində Ukraynanın dron hücumuna məruz qalmış gəmidə iki yanmış meyit tapılıb

Tarix: 06 Apr 2026 18:53

Azov dənizində Ukrayna pilotsuz aparatının hücumuna məruz qalan yük gəmisində iki yanmış meyit aşkar edilib.

Bu barədə “KP” nəşri operativ xidmətlərə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölən dənizçilərin sayı üç nəfərə çatıb.

Qeyd edək ki, dron hücumundan sonra taxıl daşıyan “Volqo-Balt” adlı gəminin 11 nəfərlik heyətindən 9 nəfər xilasedici qayıqla təxliyə olunub.

İlqar Xudiyev Gəmiyə dron hücumu Ukrayna Rusiya Azov dənizi

Xəbər Lenti