Qazaxıstanda yol qəzasında 8 nəfər ölüb

Tarix: 06 Mar 2024 11:14

Qazaxıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, qəza səhər saatlarında Aktobe-Həştərxan magistralında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb. Xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Avtomobillərdən biri yanıb.

Xəbər Lenti