Ukraynanın Rusiyaya PUA hücumu nəticəsində 3 nəfər ölüb, 1 uşaq yaralanıb

Tarix: 07 Apr 2026 10:06

Ukraynanın Rusiyanın Vladimir vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində üç nəfər həlak olub.

Onlardan birinin 7 yaşlı uşaq olduğu bildirilib.

APA xəbər verir ki, vilayət rəhbəri Aleksandr Avdeyev PUA-nın Aleksandrov rayonunda fərdi yaşayış evinə düşdüyün açıqlayıb.

Hadisə zamanı, həmçinin, beş yaşlı qız xəsarət alıb. O, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həyati təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiya Ukrayna PUA hadisə

Xəbər Lenti