İran məhkəməsi: Ölkənin düşmənlərinə kömək edənlərə qarşı işlərə daha tez baxılmalıdır

Tarix: 07 Apr 2026 11:13

İranın düşmənlərinə kömək edən şəxslərə qarşı məhkəmə işlərinə daha tez baxılmalıdır.

İran mediasının xəbərinə görə, bu barədə məhkəmə və ədliyyə sisteminin rəhbəri Qolamhüseyn Mohseni Ejei bildirib.

İranın məhkəmə sisteminin rəhbəri düşmənlərə kömək etməkdə ittiham olunanlara qarşı hökmlərin tezləşdirilməli olduğunu qeyd edib.

Qeyd edək ki, müharibə başlayandan sonra İranda həssas obyektlərin, ABŞ və İsrail tərəfindən vurulan təsisatların şəkil və videolarını xarici kəşfiyyat orqanlarına ötürən şəxslər həbs olunub.

Toğrul Quluzadə İran Ejei hökm müsadirə ABŞ İsrail

Xəbər Lenti