İran parlamentinin rəsmisi neft ixracının adi qaydada davam etdiyini bildirib

Tarix: 07 Apr 2026 12:23

İranın neft ixracı adi qaydada davam edir.

APA xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezayi yerli mediaya deyib.

“Neft ixracı adi qaydada, hətta deyərdim ki, əvvəlkindən daha çox potensialda davam edir”, - Rezayi bildirib.

Qeyd edək ki, İranın neft ixracının əksər hissəsi Xarq adası vasitəsilə təmin olunur.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmayacağı və İranın razılığa gəlməyəcəyi təqdirdə, Xarq adasını vurmaqla hədələyib.

Toğrul Quluzadə İran neft ixracat

Xəbər Lenti