Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 16 yaralı var - FOTO - YENİLƏNİB

Tarix: 07 Apr 2026 11:52

Rusiya ordusunun Ukraynada avtobusa dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Nikopolda avtobusa hücumu nəticəsində artıq 16 nəfər yaralanıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qanja qeyd edib ki, yaralılardan üçünün vəziyyəti ağırdır, yerdə qalanların səhhəti isə orta-ağır qiymətləndirilir.

***

10:44

Aprelin 7-də səhər saatlarında Rusiya ordusu Nikopolda avtobusa zərbə endirib.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb12 nəfər yaralanıb.

Administrasiya rəhbəri Rusiya ordusunun FPV dronu ilə Nikopolun mərkəzində avtobusa zərbə endirdiyini qeyd edib.

Qanja vurğulayıb ki, hadisə avtobus dayanacağa yaxınlaşarkən baş verib, həm salonda, həm də dayanacaqda insanlar olub: “Bu, təsadüfi bir zərbə deyildi. Bu, sadəcə öz işləri ilə məşğul olan mülki şəxslərə qarşı şüurlu bir terrordur.

Rusiya ordusu dron zərbəsi Nikopol

Xəbər Lenti