Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 13:40
Dünyada Rusiyanın enerji ehtiyatlarına böyük tələbat var.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin Moskvanın maraqlarına uyğun olmasını təmin etmək üçün xaricdə enerji təchizatı ilə bağlı danışıqlar aparır.
Peskov vurğulayıb ki, Yaxın Şərqdəki böhranın pisləşməsi fonunda Rusiya alternativ mənbələrdən enerji resursları üçün çoxlu sayda sorğu alıb.
"Bilirsiniz, biz Serbiya ilə, Macarıstanla əlaqə saxlayırıq, amma təbii ki, indi dünya inamla kifayət qədər ciddi iqtisadi və enerji böhranına qədəm qoyub və bu böhranın miqyası gündən-günə artır. Əlbəttə ki, enerji sektorundakı bazar şərtləri tamamilə dəyişib. Alternativ mənbələrdən enerji resurslarımız üçün çoxlu sayda sorğu olub.
Biz danışıqlar aparırıq. Biz maraqlarımıza ən uyğun şəkildə danışıqlar aparırıq", - Kremlin sözçüsü qeyd edib.
Fərid Əkbərov Kreml Yaxın Şərq Rusiya enerji resursları