Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 13:27
14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün canından keçməyə hazırdır.
APA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
“Canfəda” kampaniyasına diqqət çəkən Pezeşkianın sözlərinə görə, indiyə qədər 14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün "canlarından keçməyə" hazır olduqlarını bəyan edib.
“İndiyə qədər 14 milyon şərəfli iranlı İranı qorumaqdan ötrü öz canını fəda etmək üçün qeydiyyatdan keçib.
Mən də İran üçün həyatımı verməyə hazır olmuşam, hazıram və hazır olacağam”, - Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İranda müharibə başlayandan sonra “Canfəda” kampaniyası başladılıb. Burada məqsəd əhalinin İranın müdafiəsini təşkil etməsinə hazırlıqdır.
Xatırladaq ki, İranın əhalisi təxminən 90 milyondur.
İran Pezeşkian Canfəda