Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 13:56
Dağıstanda baş verən daşqınlar nəticəsində üçü uşaq olmaqla, altı nəfər ölüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstandakı təbii fəlakətin qurbanları 5-17 yaş aralığında üç uşaq, iki qadın və bir təqaüdçü olub.
Qeyd edək ki, aramsız yağan yağışlar Dağıstanın Mahaçqala, Kaspiysk və Dərbənd rayonlarında daşqınlara səbəb olub. Evlər və avtomobil yolları su altında qalıb.
Təbii fəlakət nəticəsində 6 mindən çox insanın zərər gördüyü bildirilib.
Fərid Əkbərov Dağıstan daşqınlar