Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 13:51
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Budapeştə səfər edib.
Bu barədə “24.hu” məlumat yayıb.
ABŞ-ın Vitse-prezidentini hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.
XİN rəhbəri "Facebook"da yayımladığı videomüraciətdə Vensin səfərini Budapeşt və Vaşinqton arasında münasibətlərdə “qızıl dövrün” başlanğıcı kimi qiymətləndirib.
Qeyd edək ki, Vens Macarıstana səfər edən ilk ABŞ Vitse-prezidentidir.
Amerikalı rəsminin səfəri parlament seçkilərinə bir neçə gün qalmış baş tutur.
İlqar Xudiyev Vens Macarıstan səfəri ABŞ