Xaricdə təhsil planlayanlar üçün vacib xəbər: STEP imtahanı olmadan TOP universitetlərə qəbul çətinləşir

Tarix: 07 Apr 2026 15:27

Son illərdə Azərbaycanlı tələbələrin xaricdə təhsil almağa marağı artmaqda davam edir. Xüsusilə Böyük Britaniyada yerləşən University of Cambridge kimi nüfuzlu universitetlərə qəbul üçün tələblər daha da sərtləşib. Ekspertlərin sözlərinə görə, artıq yalnız məktəb nəticələri və A Level imtahanları bu universitetlər üçün kifayət etmir. Bir çox hallarda əlavə olaraq STEP (Sixth Term Examination Paper) imtahanı tələb olunur.

STEP imtahanı nədir?

STEP riyaziyyat üzrə yüksək səviyyəli imtahan olmaqla, tələbənin analitik düşünmə və mürəkkəb məsələləri həll etmə bacarığını qiymətləndirir. Bu imtahan xüsusilə riyaziyyat, kompüter elmləri və mühəndislik sahələrinə müraciət edən abituriyentlər üçün əsas seçim meyarlarından biri hesab olunur.

2026-cı il üzrə əsas tarixlər

•⁠ ⁠1 mart — qeydiyyatın başlanması •⁠ 25 Aprel — CSCA imtahanı (Çinin daxili imtahanı) •⁠ ⁠4 may — qeydiyyat üçün son tarix •⁠ ⁠4 iyun — STEP Paper 2 •⁠ ⁠10 iyun — STEP Paper 3 •⁠ ⁠Avqust — nəticələrin açıqlanması

Mütəxəssislər bildirir ki, qeydiyyat tarixlərini qaçıran tələbələr üçün alternativ imkanlar demək olar ki, mövcud olmur.

Valideynlər nəyi nəzərə almalıdır?

Təhsil sahəsində çalışan mütəxəssislər vurğulayır ki, bir çox valideynlər yalnız məktəb qiymətlərinə fokuslanır. Lakin TOP universitetlər artıq tələbələrin real akademik potensialını əlavə imtahanlarla ölçür. Bu səbəbdən erkən planlama və düzgün istiqamətləndirmə həlledici rol oynayır.

Azərbaycanda imtahan imkanları

Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq imtahan mərkəzləri vasitəsilə STEP imtahanına qeydiyyat və iştirak mümkündür. Bu sahədə fəaliyyət göstərən mərkəzlərdən biri olan AzeriStudent Exam Center vasitəsilə tələbələr qeydiyyat, imtahan təşkili və ilkin istiqamətləndirmə üzrə dəstək ala bilirlər.

Bakı şəhəri – AzeriStudent Exam Center

Əlavə məlumat və qeydiyyat

STEP imtahanı ilə bağlı ətraflı məlumat almaq və qeydiyyat üçün aşağıdakı əlaqə vasitələri aktivdir:

+994 50 271 66 69 +994 50 512 28 28

STEP xaricdə təhsil

Xəbər Lenti