“Reuters”: Ukrayna Rusiyanın İrana peyk görüntüləri ilə ABŞ obyektlərini vurmaqda kömək etdiyini aşkarlayıb

Tarix: 07 Apr 2026 14:29

Rusiya peykləri Yaxın Şərqdə onlara kritik hərbi obyekt və infrastrukturun detallı görüntüsünü çəkərək İrana təqdim edib.

Bu barədə “Reuters” Ukrayna kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.

Burada məqsəd İranın ABŞ qüvvələrinə və digər hədəflərə dəqiq zərbələr endirməsinə kömək etmək olub.

Məlumata əsasən, 21–31 mart tarixləri arasında Rusiya peykləri Yaxın Şərqin 11 ölkəsində yerləşən 46 obyekt üzrə çəkilişlər aparıb. Hədəflər arasında ABŞ hərbi bazaları, hava limanları və neft yataqları olub. Bildirilir ki, çəkilişlərdən cəmi bir neçə gün sonra həmin obyektlər İranın ballistik raketləri və dronlarının zərbəsinə məruz qalıb.

9 çəkiliş “THAAD” radar sistemlərinin yerləşdiyi Səudiyyə Ərəbistanın ərazisi ilə bağlı olub. BƏƏ, İordaniya, Türkiyə, Küveyt, İsrail, Qətər, İraq, Bəhreyn ərazilərindəki obyektlər və "Dieqo-Qarsiya" bazası da müşahidə altına alınıb.

Bildirilir ki, Rusiya həmçinin Hörmüz boğazı üzərində aktiv peyk müşahidələrini davam etdirir.

İlqar Xudiyev Rusiya peyklər İran Ukrayna kəşfiyyat ABŞ İsrail

Xəbər Lenti