Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 14:25
İran 99-cu hücum dalğasında ABŞ-ın Körfəz və Hörmüz boğazındakı bazaları, eləcə də İsraildəki hərbi toplaşma və komandanlıq-nəzarət mərkəzlərinə zərbə endirib.
“Fars”ın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, hücumlar İranın Əsəluyyədə neft-kimya təsisatlarının hədəfə alınmasına cavab olaraq həyata keçirilib.
Əməliyyatda ballistik və qanadlı raketlər, eləcə də hücum dronlarından istifadə olunub.
Məlumata görə, ilk mərhələdə Səudiyyə Ərəbistanının “Əl-Cubeyl” bölgəsində yerləşən və ABŞ şirkətləri “Sadra”, “Exon Mobile” və “Dow Chemical”a məxsus ən böyük neft-kimya kompleksi, həmçinin “Əl-Cuaymə” bölgəsində yerləşən ABŞ-ın “Chevron Phillips” şirkətinə məxsus böyük neft-kimya kompleksi orta mənzilli raketlər və bir neçə kamikadze dronla hədəfə alınıb.
BƏƏ-nin “Xorfakkan” limanı vasitəsilə İsrailə hərbi avadanlıqları çatdırmaq məqsədi daşıyan konteyner gəmisi raketlərlə hədəf alınıb.
Bundan başqa, ABŞ-a məxsus “CVN-72” təyyarədaşıyan zərbə qrupunun Hind okeanının dərinliklərində yerləşən mövqeyinə də uzun mənzilli dəniz qanadlı raketləri ilə hücum edilib.
Toğrul Quluzadə İran SEPAH ABŞ İsrail