ABŞ-ın Vitse-prezidenti: İranla müharibə tezliklə bitəcək, cavab gözləyirik

Tarix: 07 Apr 2026 16:41

İranla müharibə tezliklə bitəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

O, İranla müharibənin tezliklə bitəcəyini, amma bunun İrandan asılı olduğunu bildirib.

Vens çıxışında Hörmüz boğazının bağlanmasına da münasibət bildirib.

“İranlılar Hörmüz boğazından hər nə qədər çox iqtisadi qazanc əldə etməyə çalışsa da, ABŞ-ın İrana daha çox iqtisadi ziyan vermək potensialı var. Onların bizə və dostlarımıza vurduqları ziyandan daha çox zərər vermək qabiliyyətimiz var. Ümid edirəm ki, onlar ağıllı adamlardır”,- Vens qeyd edib.

Vitse-prezident ABŞ-ın bu gün saat 8-ə qədər İrandan cavab alacağına arxayın olduğunu, lakin bu cavabın müsbət və ya mənfi olacağını bilmədiyini deyib.

“Ümid edirik ki, onlar düzgün cavabı verəcəklər”, - o deyib.

Toğrul Quluzadə ABŞ İran Vens Macarıstan Orban Hörmüz

Xəbər Lenti