İranda 3 ildən çox saxlanılan fransızlar azad olunub, Azərbaycandan keçməklə Fransaya gedəcəklər - YENİLƏNİB

Tarix: 07 Apr 2026 18:07

Sesil Kohler və Jak Paris diplomatik konvoyun müşayiəti ilə İrandan Azərbaycana gətirilib.

"France24" xəbər verir ki, Sesil Kohler və Jak Paris Azərbaycandan Fransaya yola düşəcəklər.

***

17:59

İranda həbsdə olan Fransa vətəndaşları azad edilərək ölkələrinə qayıdırlar.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" platformasında qeyd edib.

“Sesil Kohler və Jak Paris İranda üç il yarımlıq saxlanmadan sonra azaddırlar və Fransaya qayıdırlar”, - o səhifəsində yazıb.

Bildirilir ki, bu xəbər Fransa Milli Assambleyasında deputatlar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.

İlqar Xudiyev Fransa vətəndaşları İran Makron

Xəbər Lenti