Çərşənbə, 8 Aprel, 2026
Tarix: 07 Apr 2026 20:57
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançez ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Liderlər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə ilə İspaniyanın xüsusilə müdafiə sahəsi başda olmaqla bütün istiqamətlərdə nümayiş etdirdiyi həmrəylik xalqlar tərəfindən də məmnuniyyətlə qarşılanır və münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Ərdoğan danışıq zamanı, İranın dağıdıcı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb, hər kəsin sülhə, diplomatiyaya üstünlük verməli olduğunu qeyd edib.
Bundan əlavə, o qeyd edib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsinin sona çatdırılması üçün danışıqların yenidən canlandırılmasını və beynəlxalq ictimaiyyətin sülh yönümlü təşəbbüslərə daha ciddi yanaşmasını vacib hesab edir.
Dəryanur Cəfərova Ərdoğan Sançez İspaniya Türkiyə