Çərşənbə, 8 Aprel, 2026
Tarix: 07 Apr 2026 22:44
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin qızıl ehtiyatlarının 702 tona çatdığını açıqlayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Mərkəzi Bankının fövqəladə şəraitə uyğun aktiv siyasət apararaq ehtiyatlarını, xüsusilə qızıl ehtiyatlarını daha səmərəli idarə etdiyini bildirib.
Onun sözlərinə görə, Türkiyə dövriyyədəki valyuta likvidliyini artırıb. “Swap” əməliyyatları ilə qızıl satılmadan müvəqqəti olaraq valyuta gücü yüksəldilib.
“2016-cı ildə 377 ton olan qızıl ehtiyatının 14 milyard dollar dəyəri zamanla təxminən 702 tona və 100 milyard dollar səviyyəsinə çatıb. Qızıl qiymətlərinin artması da ümumi ehtiyatları gücləndirib və ölkənin ehtiyat mövqeyini möhkəmləndirib”, - o qeyd edib.
Dəryanur Cəfərova Türkiyə qızıl ehtiyatı