Vens: Orban Avropada enerji təhlükəsizliyi uğrunda mübarizə aparan azsaylı liderlərdəndir

Tarix: 07 Apr 2026 21:49

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Macarıstanın baş naziri Viktor Orbanın enerji siyasətini yüksək qiymətləndirib.

Xarici KİV-in məlumatına görə, o, bu barədə Budapeştdə ABŞ-Macarıstan dostluq günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Vens qeyd edib ki, Avropanın əksər ölkələrində enerji qiymətləri Macarıstanla müqayisədə daha yüksəkdir və bunun səbəbi Orbanın enerji təhlükəsizliyi istiqamətində apardığı siyasətdir. Onun sözlərinə görə, Avropadakı bir çox liderlər bu məsələyə yetərincə diqqət ayırmır.

ABŞ-ın vitse-prezidenti Orbanı həm də sülh tərəfdarı kimi xarakterizə edərək bildirib ki, o, Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində Avropada digər liderlərdən daha çox addım atıb.

ABŞ Vens Orban enerji Avropa

Xəbər Lenti