Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 03:15
İran və ABŞ arasında aprelin 10-da Pakistanın paytaxtı İslamadda danışıqlar başlayacaq.
APA xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlama yayıb.
“Danışıqlar 10 aprel cümə günü İslamabadda Amerika tərəfinə tam etimadsızlıq şəraitində başlayacaq”, - deyə açıqlamada deyilir.
Açıqlamada danışıqların iki həftə davam edəcəyi, lazım gələrsə, müddətin uzadılacağı bildirilir.
ABŞ İran danışıqlar