Netanyahu: İsrail ABŞ-ın İrana qarşı zərbələrin iki həftəlik dayandırılması qərarını dəstəkləyir

Tarix: 08 Apr 2026 09:42

İsrail ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələrin iki həftəlik dayandırılması qərarını dəstəkləyir.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.

“İsrail, İran dərhal boğazları açacağı və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandıracağı təqdirdə, prezident Trampın İrana qarşı zərbələrin iki həftəlik dayandırılması qərarını dəstəkləyir”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, İsrail həmçinin İran tərəfindən gələn “nüvə, raket və terror” təhdidinin aradan qaldırılmasına yönəlmiş ABŞ tədbirlərini də dəstəkləyir.

“Birləşmiş Ştatlar İsrailə bildirib ki, qarşıdakı danışıqlar zamanı ABŞ, İsrail və İsrailin regiondakı müttəfiqləri üçün ortaq olan bu məqsədlərə nail olunmasına sadiqdir”, – deyə Netanyahunun ofisi əlavə edib. ***

07:25

“İsrail, İranın boğazları dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə prezident Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir”.

APA xəbər verir ki, bu, İsrail Baş nazirinin ofisinin “X” hesabında yayımlanan açıqlamada öz əksini tapır.

İsrail Baş nazir atəşkəs İran

Xəbər Lenti