Kallas: Aİ ABŞ və İran arasında vasitəçilərin səylərini dəstəkləməyə hazırdır

Tarix: 08 Apr 2026 11:09

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qarşılayıb.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Kallas Hörmüz boğazının açılmasının da vacibliyini vurğulayıb.

Aİ rəsmisi Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirdiyini deyib və blokun prosesə dəstək verməyə hazır olduğunu qeyd edib.

Toğrul Quluzadə Kallas Aİ ABŞ İran atəşkəs

Xəbər Lenti