Tramp: ABŞ İranla razılaşma əldə edə bilməsə, hərbi əməliyyatlara qayıda bilər

Tarix: 08 Apr 2026 13:37

Vaşinqton razılaşma əldə edə bilməsə, İrana qarşı hərbi əməliyyatlara çox asanlıqla qayıdacaq.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Sky News"a bildirib.

Tramp qeyd edib ki, hazırkı danışıqlarda irəliləyiş var və İranda iddia edilən maksimalist tələblərin əslində çox hissəsi artıq razılaşdırılıb.

"Əgər razılaşma yaxşı olmazsa, biz çox asanlıqla geri dönəcəyik", – Tramp vurğulayıb.

İlqar Xudiyev Tramp ABŞ-İran danışıqları

Xəbər Lenti