Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 13:34
Kreml builki Qələbə Günü tədbirlərində düzəlişlər edə bilər.
APA xəbər verir ki, bu barədə "Nezıqar" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, düzəlişlərə paradın tamamilə ləğv edilməsi və ya 30-40 dəqiqəlik qısaldılmış formatda keçirilməsi daxil ola bilər. Buna səbəb kimi təhlükəsizliklə bağlı narahatlıqlar və parad iştirakçılarının və hərbi texnikanın yenidən dislokasiyası ilə bağlı yüksək risklər göstərilib.
Hərbi müxbirlərinin yazdığına görə, parad qeyri-standart formatda, belə demək olarsa, qısaldılmış formatda keçirilə bilər.
“Məsələn, T-34 tankları keçəcək, orkestr və Suvorov kursantları və "Vityaz" xüsusi təyinatları yürüş edəcəklər və s.”, - bildirilir.
Keçmiş pilot İlya Tumanov "Solovyov Live"ın efirində bildirib ki, Rusiya hakimiyyəti Moskva və Sankt-Peterburqda Qələbə paradının aviasiya hissəsini ləğv edib, yerüstü hissəni isə təxirə salmağı və ya ləğv etməyi düşünür.
O, 2020-ci ildə olduğu kimi, paradın başqa bir tarixdə keçiriləcəyini güman etdiyini vurğulayıb. Tumanov hesab edir ki, paradın ləğvinin səbəbi Ukraynanın uzaqmənzilli raketləridir.
Qələbə paradı Rusiya Moskva