Dağıstan və Çeçenistanda daşqınlara görə dəyən ziyanın məbləği açıqlanıb

Tarix: 08 Apr 2026 13:16

Dağıstan və Çeçenistanda daşqınlara görə dəyən ziyan 1 milyard rublu keçib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka bildirib.

Dağıntının miqyasına görə, "Sberbank" zərərçəkmiş ailələrə dəstək üçün ianə toplama kampaniyası təşkil edib. İanələr əmlakın bərpasına və zəruri əşyaların alınmasına kömək etmək üçün ailələr arasında paylanacaq.

Qeyd edək ki, aramsız yağan yağışlar Rusiyanın cənubunda, xüsusi ilə Dağıstan Respublikasında təbii fəlakətə səbəb olub. Daşqınlar Mahaçqala, Xasavyurt, Kaspiysk və Dərbəndə yaşayış evlərinə və yollara böyük ziyan vurub. Rəsmilər daşqınlar nəticəsində 6 nəfərin həyatını itirdiyini, 6 mindən əhalinin zərər gördüyünü açıqlayıb.

Fərid Əkbərov Dağıstan Çeçenistan daşqın

Xəbər Lenti